“Biz nə isə fikirləşməliyik, elə bir zəif nöqtələri yoxdur”

22 İyun 2021 16:40 Sumqayıt 832
“Biz nə isə fikirləşməliyik, elə bir zəif nöqtələri yoxdur”

“Sözün həqiqi mənasında, bizi iki ağır 90 dəqiqə gözləyir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.

Konfrans Liqasında mübarizə aparacaq “kimyıaçılar” yarışmaya ikinci təsnifat mərhələsindən başlayacaq. Burada isə onları “Çukariçki” gözləyir.

“Gənclik şəhəri” təmsilçisini tarixində ikinci dəfə avrokuboklara daşıyan mütəxəssis Serbiyadan olan rəqibi incələdiklərini bildirib.

“Çukariçki” Serbiyanın ən yaxşı akademiyaya malik klubudur. 6-7 futbolçusu gənclər yığmasının əsas heyət üzvüdür.

Mobil komandadır. Xüsusən müdafiə və hücum xətti çox güclüdür. Yarımmüdafiəsi də hərəkətli və əzmkardır. Elə bir zəif nöqtələri yoxdur.

Onlar gənc istedadları yetişdırıb, Avropanın tanınmış klublarına göndərirlər. Son illərdə bir neçə milyon avroya satdıqları futbolçular kifayət qədərdir.

Cinah müdafiəçilərini və mərkəz hücumçularını bu gün İtaliyadan, İspaniyadan istəyirlər. “Çukariçki” onları satmağa hazırlaşmır, fikirləşirlər ki, Konfrans Liqasında uğur qazanıb, 1-2 il sonra daha baha qiymətə satarlar.

Həm hücumda, həm də əks-hücumda təhlükəlidirlər. Müdafiə olunmaq bacarıqları da çox yüksəkdir. A

rxa xətti əsasən cavanlardan qurulub, heş 19-20 yaşları yoxdur. Amma oyunlarına baxırsan və sənə elə gəlir ki, qarşındakılar 30-35 yaşlı təcrübəli futbolçulardır.

Biz nə isə fikirləşməliyik. Əlbəttə, mərhələni keçmək istəyirik və bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Xəbər Lenti