"Sumqayıt" QARDAŞ oylağında

19 İyun 2021 15:00 Sumqayıt 1 492
"Sumqayıt" QARDAŞ oylağında

"Sumqayıt" iyulun 2-də Azərbaycanı tərk edəcək.

Sportinfo.az-ın məlumatına görə, "kimyaçılar" həmin tarixdə Türkiyəyə yola düşəcək.

"Çukariçki" ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacaq komanda 2 həftə müddətində qardaş ölkədə toplanış keçəcək. "Gənclik şəhəri" təmsilçiisi məkan olaraq Ankaranı seçib. Sparrinqlərə gəlincə, həmyerlilərimiz 3 belə görüşə çıxmağı planlaşdırıb.

Bir daha xatırladırıq ki, "Sumqayıt"la serblərlə keçirəcəyi ilk oyunun vaxtı dəyişdirilib.

Bu barədə Çukaritsa təmsilçisinin rəsmi saytı məlumat yayıb. İyulun 22-nə nəzərdə tutulan görüşün 1 gün tez olacağı bildirilib.

Buna səbəb həmin gün ölkənin digər klubu "Partizan"ın da Konfrans Liqasında Slovakiyadan "Dunayska Streda" ilə eyni şəhərdə ev oyununa çıxmasıdır.

UEFA-nın qaydalarına əsasən, eyni gündə bir şəhərdə avrokubok matçı oynanıla bilməz.Komandalar arasında cavab oyunu iyulun 29-da Sumqayıtdakı "Kapital Bank Arena"da olacaq.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!