"Çukariçki"nin kapitanı "Sumqayıt"dan nə bilir?

19 İyun 2021 00:42 Sumqayıt 900
"Çukariçki"nin kapitanı "Sumqayıt"dan nə bilir?

"Azərbaycan çempionatını qiymətləndirməmək olmaz. Əksinə, rəqibimizin üçüncü yeri tutması keyfiyyətli komanda olmasından irəli gəlir".

Sportinfo.az xəbər verir ki, bunu "Çukariçki"nin kapitanı Marko Dokiç Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"la keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

Serbiya klubunun 28 yaşlı dayaq yarımmüdafiəçisi bildirib ki, bu mərhələdə asan rəqiblər olmur: "Yaxın günlərdə biz rəqib barədə çoxlu məlumat toplayacağıq. Qarşıdakı görüşlərə yavaş-yavaş hazırlaşmalıyıq".

Dokiçin fikrincə, ilk matçın nəticəsi cütün qalibinin adına böyük ölçüdə aydınlıq gətirəcək. O, Banovo Brdo şəhərindəki ev oyununda top buraxmadan qalib gəlmək istədiklərini söyləyib:

"Bununla yanaşı, ümidvaram ki, iki il əvvəl Ermənistan "Banants"ı və Norveç "Molde"si ilə qarşılaşmalardakı ab-hava təkrarlanacaq və azarkeş dəstəyi bizim üçün böyük əhəmiyyət kəsb edəcək".

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”