Serbləri "Sumqayıt" yox, uzun yol qayğılandırır

17 İyun 2021 21:00 Sumqayıt 1 275
Serbləri "Sumqayıt" yox, uzun yol qayğılandırır

"İlk rəqibimiz bizə hələ tanış deyil”.

Sportinfo.az xəbər verir ki, bunu "Çukariçki"nin idman direktoru Vladimir Matiyaşeviç Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"la keçirəcəkləri oyunlar barədə danışıb.

Serbiya klubu "Sumqayıt"la ilk oyununu iyulun 22-də evdə keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.

V.Matiyaşeviç "Çukariçki"nin 6 il əvvəl "Qəbələ" ilə oyunda olduğu kimi, yenə uzun yol qət edəcəklərini xatırladıb:

“Bütün təfərrüatları yaxın günlərdə biləcəyik. Amma bizi uzun yolun gözlədiyinin fərqindəyik. Bu səbəbdən, yerli iqlimə uyğunlaşmağımız lazımdır.

Eyni istiqamətə səyahət təcrübəmiz var. 6 il əvvəl "Qəbələ" ilə oynayaraq, uğursuzluğa düçar olmuşduq (1:0, 0:2 - red.).

Ümidvaram ki, indi nəticə müsbət olacaq. Öz meydanımızda keçirəcəyimiz ilk oyuna hazırlaşırıq. Qol buraxmadan qazanacağımız qələbə cavab görüşü üçün üstünlük olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi