“Sumqayıt"dan millinin futbolçusu ilə 2 illik müqavilə

16 İyun 2021 14:40 Sumqayıt 450
“Sumqayıt"dan millinin futbolçusu ilə 2 illik müqavilə

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçusu ilə müqavilə müddətini artırıb.

Sportinfo.az xəbər verir ki, mərkəz müdafiəçisi Höccət Haqverdi daha 2 mövsüm “Gənclik şəhəri” təmsilçisinin şərəfini qoruyacaq.

Azərbaycan yığmasının milliləşən legioneri 2021-ci ilin əvvəlində Sumqayıtın eyniadlı klubuna keçib.

Haqverdi ötən mövsüm 15 oyunda meydana çıxıb. O, həmçinin Azərbaycan millisinin son təlim-məşq toplanışı çərçivəsində Belarus və Moldova ilə keçirdiyi oyunlarda da çıxış edib.

@Sumqayıt” bunadək baş məşqçi Ayxan Abbasov, futbolçular Vurğun Hüseynov, Elvin Məmmədov, Murad Xaçayev, Vüqar Mustafayev və Aydın Bayramovla müqavilə müddətini uzadıb, Yusif Nəbiyev, Xəzər Mahmudov və Eltun Turabovun keçidini rəsmiləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti