"Sumqayıt"dan yayın ilk transferi - 1+1 illik müqavilə

14 İyun 2021 14:40 Sumqayıt 1 281
"Sumqayıt"dan yayın ilk transferi - 1+1 illik müqavilə

2021/22 mövsümünün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “gənclik şəhəri” təmsilçisi Yusif Nəbiyevi heyətinə qatıb.

Ötən mövsümü “Qəbələ”də keçirən 23 yaşlı müdafiəçi “kimyaçılar”la 1+1 illik müqavilə imzalayıb. Nəbiyev iki il sonra qayıtdığı komandada 74 nömrəli formanı daşıyacaq.

Bu, Yusif Nəbiyevin “Sumqayıt”a üçüncü gəlişidir. O, 2016/17 və 2018/19 mövsümlərində icarə əsasında bu klubda çıxış edib.

Ümumilikdə 39 oyunda 4 qol vuran Nəbiyev “Qəbələ” (31 oyun, 2 qol) və “Zirə”nin (7 oyun) də uğurları üçün çalışıb. Yusif Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti