Yığmanın qapıçısı “Sumqayıt” 1+1 illik sazişə qol çəkdi

14 İyun 2021 13:20 Sumqayıt 696
Yığmanın qapıçısı “Sumqayıt” 1+1 illik sazişə qol çəkdi

“Sumqayıt” daha bir futbolçusu ilə bağlı qərarını açıqlayıb.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qapıçı Aydın Bayramovla yeni müqavilə rəsmiləşib.

Azərbaycan millisinin üzvü “gənclik şəhəri” təmsilçisi ilə 1+1 illik sazişə qol çəkib. Bu isə o deməkdir ki, 25 yaşlı qolkiper ən azı daha bir mövsüm komandada qalacaq.

Ona qədər klub Vurğun Hüseynov, Elvin Məmmədov, Murad Xaçayev və Vüqar Mustafayevlə yeni müqavilə bağlamışdı.

2019-cu ildən “Sumqayıt”da çıxış edən Aydın Bayramov ümumilikdə 16 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM