Premyer Liqa klubu yeni transferlərini tərlətdi - FOTOLAR

14 Yanvar 2021 14:40 Sumqayıt 792
Premyer Liqa klubu yeni transferlərini tərlətdi - FOTOLAR

"Sumqayıt" Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlarını davam etdirir.

Sportinfo.az klubun "feysbuk" səhifəsinə istinadən xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə "Dalğa Arena"da məşqə çıxıb.

Yeni transferlər Mehdi Şərifi və Höccət Haqverdi hazırlıq prosesinə qoşulub. Zədəsini sağaldan Süleyman Əhmədov isə artıq komanda ilə birgə məşqlərə başlayıb.

Təxminən 1 saat davam edən hazırlıq prosesində əsasən yüngül fiziki hərəkətlər və toplu çalışmalar icra edilib.

"Sumqayıt" hazırlıq çərçivəsində sabah "Qəbələ" ilə yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 15:00-da "Kapital Bank Arena"da oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti