Bu legioner millimizdə oynamaq üçün Azərbaycana gəlib - VİDEOLAR

13 Yanvar 2021 17:40 Sumqayıt 1 980
Bu legioner millimizdə oynamaq üçün Azərbaycana gəlib - VİDEOLAR

“Sumqayıt” Höccət Haqverdinin transferini dünən rəsmən açıqladı.

“Gənclik şəhəri” təmsilçisi iranlı müdafiəçi ilə müqavilə imzalandığını feysbuk səhifəsi vasitəsilə bəyan etdi.

Bildirildi ki, İran çempionatında çıxış edən “Peykan”ın 28 yaşlı oyunçusu mövsümün sonuna qədər müqavilə imzalayıb.

O, “Sumqayıt”ın qış fasiləsində 3-cü transferidir. Komanda buna qədər “Neftçi”dən Cabir Əmirlini icarəyə götürüb və sabiq hücumçusu Mehdi Şərifini qaytarıb.

Höccət Haqverdi karyerası ərzində “Peykan” (90 oyun, 4 qol) və İsfahanın “Zob Ahan” (26 oyun) komandalarının uğurları üçün çalışıb. Riad Rəfiyev onu prezidenti olduğu “Sumqayıt“a xüsusi vədlə gətirib.

İranlı legionerə bir müddət sonra Azərbayxan yığmasının formasını geyinmək şansı qazanacağı bildirilib.

Klub rəhbəri Haqverdiyə yığmanın baş məşqçisi Canni de Byazi ilə yaxın olduğunu, bu münasibətlərdən istiadə edərək, ölkəmizin bir nömrəli komandasına çağırılacağını söyləyib.

Bunun üçün isə o, əvvəlcə klubda Ayxan Abbasovun etimadını doğrultmalıdır. Çünki onun haqda ilk müsbət rəyi məhz “kimyaçılar“ıın baş məşqçisi verib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi