Əvvəl "Quran"a and içmişdi, indi isə… TRANSFER BOXÇASI

12 Yanvar 2021 17:40 Sumqayıt 851
Əvvəl "Quran"a and içmişdi, indi isə… TRANSFER BOXÇASI

2020/2021 mövsümünün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" növbəti futbolçunun keçidini reallaşdırıb.

"Gənclik şəhəri" təmsilçisi Mehdi Şərifi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Mehdi Şərifi ötən mövsüm "Sumqayıt"ın heyətində 16 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb.

O, karyerası ərzində İranın "Sepahan" (74 oyun, 27 qol), "Traktorsazi" (37 oyun, 4 qol) və son olaraq isə "Perspolis" (4 oyun) klublarının şərəfini qoruyub.

29 yaşlı futbolçu 2 dəfə İran çempionu (2014/15, 2018/19), 2 dəfə isə İran kubokunun qalibi olub (2012/13, 2018/19).

Şərifi "Sumqayıt"a şərtlə qayıdıb. ABŞ vətəndaşı olan xanımla ailə qurmuş legioner bütün fikrini futbola yönəldəcəyinə söz verib. O, məşqlərə ciddiy yanaşacağını, komanda yoldaşlarıyla normal münasibət saxlayacağını bildirib.

Belə bir məsələnin gündəmə gəlməsi təsadüfi deyil. iranlı forvard bura ilk gəlişində bəzi yerli futbolçularla problem yaşamışdıı. Hətta günlərin birində özüylə məşqə "Quran" gətirib və müqəddəs kitaba nd içərək, heç kimi təhqir etmək fikrində olmadığını söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu