"Sumqayıt" 3 qolla "Zirə"dən üstün oldu - VİDEO

12 Yanvar 2021 00:42 Sumqayıt 520
"Sumqayıt" 3 qolla "Zirə"dən üstün oldu - VİDEO

“Zirə” Azərbaycan Premyer Liqasında qış fasiləsindən istifadə edərək,yoxlama matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, paytaxt klubu “Sumqayıt”la qarşılaşıb.

“Dalğa Arena”da keçirilən oyun "Sumqayıt"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"dan icarə əsasında "Zirə"yə keçən Musa Qurbanlı bu görüşdə debütünü edib. 18 yaşlı hücumçu 90+3-cü dəqiqədə fərqlənməyi də bacarıb.

Həmçinin bu matç hər iki komandanın 2021-ci ildə ilk sınağı olub.

“Zirə” və “Sumqayıt” növbəti yoxlama matçını yanvarın 14-də keçirəcək. Bakı təmsilçisi “Qarabağ”la, “gənclik şəhəri” klubu isə “Qəbələ” ilə üz-üzə gələcək.

Əlavə edək ki, "Zirə" Premyer Liqanın turnir cədvəlində 20 xalla 3-cü, "Sumqayıt" isə 16 xalla 4-cüdür.

"Sumqayıt" - "Zirə" 3:2
Qollar:
İmamverdiyev, 7 (1:0), Volkov, 34 (1:1), İmamverdiyev, 37 (2:1), Hüseynov, 50 (3:1), Qurbanlı, 90+3 (3:2)

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!