“Mayda hansı pillədə olacağımızı indidən deyə bilmərəm“.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt“ın kapitanı Vurğun Hüseynov deyib.
Təcrübəli müdafiəçi mövsümün ikinci bölümü ilə bağlı fikirlərini açıqlayıb:
“İndi elə vaxtdır ki, bilmirsən sabah başına nə gələcək. Kim düşünərdi ki, dekabrda komandamızın demək olar hamısı virusa yoluxacaq?
Ancaq ona əminliklə söz verirəm ki, azarkeşlərimiz mübarizə əzmi yüksək olan, hər xal üçün meydanda maksimum güc sərf edən, baxımlı oyun sərgiləyən “Sumqayıt” görəcəklər.
Yəqin fasilədə heyətə də əl gəzdiriləcək, yeni tarnsferlər olacaq. İstəyirik ki, “Sumqayıt” bu il də ölkəmizi avrokuboklarda təmsil etsin. Buna nail olub-olmayacağımızı zaman göstərəcək“.