“Sumqayıt“ problemdən qaçıb, “Dalğa“nın qoynuna sığındı

8 Yanvar 2021 13:20 Sumqayıt 1 204
“Sumqayıt“ problemdən qaçıb, “Dalğa“nın qoynuna sığındı

Qış tətilini başa vuran “Sumqayıt” yanvarın 4-dən məşqlərə start verib.

Sportinfo.az xəbər verir ki, “kimyaçılar” bugündən “Kapital Arena”nı yığmaların Mərdəkandakı təlim-məşq bazası olan “Dalğa Arena”ya dəyişəcək.

Buna səbəb Sumqayıtdakı ehtiyat meydançanın ot örtüyünün hələ də qaydasında salınmaması, ötən ilin payızından özünü göstərən problemlərin aradan qalxmamasıdır.

Klubun mətbuat katibi Rəşad Məmmədovun bildirdiyinə görə, baş məşqçi Ayxan Abbasov artıq iş başına dönüb. O, həkimlərin məsləhətinə görə ilk üç məşqdə iştirak etmirdi.

Rəhim Sadıxov, Mehdi Cənnətov, Murad Xaçıyev, fiziki hazırlıq üzrə məşqçi Jerar Merino Elqarrista və Adəm Həmati istirahət vaxtı ölkə xaricinə yollandığından toplanışa bu gün qoşulacaq.

Bu arada əvəzedici heyətdən və akademiyadan 4 gənc oyunçu əsas komandanın hazırlığına qoşulub. “Neftçi”dən icarəyə götürülən və mövsümün sonuna kimi “Sumqayıt”ın şərəfini qoruyacaq Cabir Əmirli də hazırlıqda iştirak edir.

Zədəli futbolçulardan da xoş xəbər var. Belə ki, hücumçu Əli Qurbani tam sağalıb və özünü yaxşı hiss edir. Süleyman Əhmədov da zədədən dönüb və kollektivlə birgədir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!