Almaniyada çıxış edən türk futbolçular "Sumqayıt" yolunda

6 Yanvar 2021 17:40 Sumqayıt 1 978
Almaniyada çıxış edən türk futbolçular "Sumqayıt" yolunda

Almaniyanın aşağı liqalarında çıxış edən 5-6 türkiyəli futbolçu «Sumqayıt»a təklif olunub.

Sportinfo.az-ın məlumatına görə, «kimyaçılar» hazırda onlarla bağlı araşdırma aparır.

Klubun prezidenti Riad Rəfiyev bu oyunçuların «Sumqayıt»a gəlmək, ardınca da milliyə cəlb olunmaq perspektivini dəqiqləşdirməyə çalışır.

«Gənclik şəhəri» təmsilçisinin futbol akademiyasının baş koordinatoru Hakan Sünal da işin içindədir. «Sumqayıt»adək Frankfurt «Ayntraxt»ında çalışmış funksioner əsl fəaliyyət sahəsi elə seleksiyadır.

O, əvvəllər də AFFA-ya öz xidmətini edib. Belə ki, vaxtilə yığmalarımızın şərəfini qorumuş əksər türk futbolçular onun vasitəsilə ölkəmizin yolunu tanıyıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə