Daha buranı bəyənmir: "Daha iddialı komandaya keçmək istəyirəm"

5 Yanvar 2021 15:00 Sumqayıt 1 038
Daha buranı bəyənmir: "Daha iddialı komandaya keçmək istəyirəm"

"Bu liqanı izləyirlər və burada özünü göstərmək imkanın daha genişdir".

Sportinfo.az xəbər verir ki, "Sumqayıt"ın iranlı legioneri Əli Qurbani belə bir etiraf edib.

Premyer Liqanın ilk yarısında 6 qol vuran hücumçunun sözlərinə görə, Azərbaycan çempionatı futbolçunun özünü göstərməsi baxımından normaal seçimdir:

"Futbolçu yaxşı səviyyədə çıxış edirsə, ona daha iddialı klublardan təkliflər gəlir. Açığı, İrana qayıtmaq barədə düşünmürəm.

Ümid edirəm ki, növbəti mövsümdən daha prestijli liqada və güclü komandada çıxış etmək üçün yayadək yaxşı oynayıb, qollarımın sayını artıracam.

Bilirsiz ki, Slovakiya çempionatında da oynamışam. Hətta Avropa Liqasında fərqlənmişəm. Hədəfim daha iddialı komandaya keçməkdir".

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM