"Azərbaycana gələnədək bu ölkənin futbolu barədə heç nə bilmirdim.
Amma "Sumqayıt"a keçdikdən sonra ölkəyə və onun futboluna baxışım dəyişdi".
Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin və "Sumqayıt"ın forvardı Əli Qurbani "varzesh3.com" saytına müsahibəsində Azərbaycan futbolundakı ümumi vəziyyət barədə danışarkən deyib.
2020/2021 mövsümünün əvvəlindən "Sumqayıt"da çıxış edən Əli Qurbani Premyer Liqada 6 qol vurub. İranlı hücumçu Premyer Liqada çıxış edən klubların ölkəsinin bir çox komandasından daha yaxşı şəraitə malik olduğunu bildirib:
"Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Amma Azərbaycan klubları Çempionlar Liqası və Avropa Liqasında oynayırlar. Komanda tapa bilməyən oyunçuların məcburiyyətdən bu çempionata gəlməsi fikri yanlışdır".

