Həkimlər baş məşqçiyə "hələ bir az da gözlə" dedi

4 Yanvar 2021 14:00 Sumqayıt 1 007
Həkimlər baş məşqçiyə "hələ bir az da gözlə" dedi

«Sumqayıt» bu gün qış fasiləsindən dönür.

Komanda 1 həftəlik istirahətdən sonra doğma məkanda bir araya gəlir.

Amma baş məşqçisiz. Ayxan Abbasov hazırlığın ilk günlərində iştirak etməyəcək.

Səbəb koronavirusdur. 3 həftə öncə xəstəliyə yoluxan gənc çalışdırıcı artıq sağalıb, amma həkimlər hər ehtimala qarşı ehtiyatlı olmağı tapşırıb.

Odur ki, Abbasov daha bir neçə gün müalicəsini davam etdirəcək. O gələnə kimi komandaya nəzarət köməkçisi Elnur Çodarovda olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM