"Bu zəhrimar sonda məni də tutdu, çox dəhşətli bir şeydir"

1 Yanvar 2021 14:40 Sumqayıt 1 232
"Bu zəhrimar sonda məni də tutdu, çox dəhşətli bir şeydir"

Sportinfo.az xəbər verir ki, “Sumqayıt”ın üzərindən qara buludlar çəkilmir.

Dekabrın əvvəlində “kimyaçılar”ın futbolçuları və tibbi personal kütləvi şəkildə koronavirusa yoluxduğundan, baş məşqçi Ayxan Abbasov son iki turun təxirə salınmasının vacibliyini qeyd etmiş, Premyer Liqa görüşlərinin formallıq xatirinə keçirilməsinin əleyhinə olduğunu bildirmişdi.

Məhz onun etirazından sonra PFL tərəfindən elita təmsilçilərinə müəyyən güzəşt olundu, 19 günlük məcburi istirahət elan edildi.

Futbolçularına və komandaya görə narahat olan Ayxan Abbasovun özü də sonda COVID-19-a yoluxdu. Məhz bu səbəbdən 39 yaşlı mütəxəssis 2020-ci lin son oyununda – “Sabah”la matçda texniki zonada yer almadı.

“Sumqayıt”isə ilk dövrədə səfərdə yendiyi “tələbələr”ə “doğma divarlar” arasında məğlub oldu: “Çox təəssüf edirəm ki, bu zəhrimar koronavirus sonda məni də tutdu.

Fikirləşirdim ki, komandanı “Sabah”la oyuna da çıxardım, ondan sonra müəyyən müddətə sakit bir guşəyə çəkilib istirahət edərəm. Heyf, alınmadı.

Çox dəhşətli bir şeydir. Bəlkə də “Zirə” ilə matçda texniki zonada olmaqla özümü riskə atdım. Özümdə müəyyən əlamətlər hiss etmişdim.

Ancaq testimin nəticəsi neqativ olduğundan, məndə “heç nə yoxdur” fikri ilə işimə davam etdim. Vicdanım da yol vermədi ki, komanda üçün belə həssas məqamda kollektivi tək buraxım.

Xəstəliyin ilk iki günü çox ağır keçdi. Özümü heç hiss etmirdim, çox əziyyət çəkdim. Sonrakı günlər tədricən özümə gəldim və vaxt ötdükcə dirçəldim.

İnşallah, yaxın günlərdə karantindən çıxacam və yenidən komandanın yanında olacam”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti