Yayda "Sumqayıt"dan ayrılan Əmir Ağayev yenidən bura dönə bilər.
Klubun prezidenti Riad Rəfiyev israilli yarımmüdafiəçiyə bununla bağlı təklif göndərib.
28 yaşlı orta sahə oyunçusu cari mövsümə Yunanıstanda başlayıb. Ağayev Super Liqa təmsilçisi "Atromitos"la 1+1 illik müqavilə bağlayıb.
Əmir 2019-cu ildən "Sumqayıt"da çıxış edirdi. Ötən mövsüm 22 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib. İndi isə onun işləri Ellada torpağında yaxşı getmir.
Afina təmsilçisində əsas heyətə düşə bilməyən israilli durumundan narazıdır. Yaranmış durumdan istifadə etməyi düşünən Rəfiyev Ağayevə çıxış yolunu göstərib.
Əgər o, maliyyə şərtlərində güzəştə getsə, "Sumqayıt" "Atromitos" rəhbərliyi ilə danışıqlara başlayıb, icarəyə verilməsinə çalışacaq.
Əmir "Sumqayıt"da ayına 10 min dolların üstündə maaş alırdı. Bu məbləğin yarısını kluö, yarısını da AFFA qarşılayırdı. Yunanıstanda isə qazaencı göstərilən rəqəmdən təqribən 1,5 dəfə artıqdır.
SPORTİNFO.AZ

