XIII turun yekunlaşması ilə Azərbaycan Premyer Liqası qış fasiləsinə yollanıb.
"Sumqayıt” keçirilən 13 turun oyunlarını 4 qələbə, 4 heç-heçə və 5 məğlubiyyətlə yekunlaşdırıb.
Sportinfo.az xəbər verir ki, 13 oyuna 16 qol vurub, öz qapısında isə 20 top görən komanda 16 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Baş məşqçi Ayxan Abbasov geridə 13 tur ərzində 22 futbolçunun xidmətindən yararlanıb. Bu futbolçulardan Tellur Mütəllimov (13 oyun, 1170 dəqiqə) və Rəhim Sadıxov (13 oyun, 1043 dəqiqə) keçirilən bütün qarşılaşmalarda iştirak edib.
Onu da qeyd edək ki, Tellur Mütəllimov bütün oyunları əvəzlənmədən keçirib. Elvin Bədəlov (12 oyun, 1080 dəqiqə), Vurğun Hüseynov (12 oyun, 1026 dəqiqə), Murad Xaçayev (12 oyun, 979 dəqiqə), Xəyal Nəcəfov (12 oyun, 862 dəqiqə) və Adəm Həmati isə (12 oyun, 744 dəqiqə) Tellur və Rəhimdən bir oyun az keçiriblər.

