Premyer Liqada yeni futbolçu – “100-lər klubu”na düşən

25 Dekabr 2020 19:20 Sumqayıt 739
Premyer Liqada yeni futbolçu – “100-lər klubu”na düşən

Azərbaycan Premyer Liqasının XIII turu “Sumqayıt”ın futbolçusu Tellur Mütəllimov üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi çempionatda 100-cü oyununu keçirib.

Bu, “Sabah”la ev matçına təsadüf edib. Debütü 2015/16 mövsümündə gerçəkləşən Mütəllimov 100 oyunda 11 qol vurub. O, üç klubun şərəfini qoruyub.

Premyer Liqada ilk dəfə “Zirə” forması ilə meydana çıxan futbolçu bu klubda 63 görüşdə 4 qola imza atıb.

“Qəbələ”də 24 matça çıxan Tellur 5 dəfə fərqlənib. Millimizin üzvü “Sumqayıt”dakı 13 matçda 2 dəfə rəqib qapısına yol tapıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti