Premyer Liqanın daha bir baş məşqçisi… SON DƏQİQƏ

23 Dekabr 2020 15:00 Sumqayıt 1 819
Premyer Liqanın daha bir baş məşqçisi… SON DƏQİQƏ

Premyer Liqanın daha bir baş məşqçisində koronavirusun əlamətləri aşkarlanıb.

Sportinfo.az-ın məlumatına görə, «Sumqayıt»ın çalışdırıcısı Ayxan Abbasov hazırda xəstə yatır.

O, ev şəraitində müalicəyə başlayıb, gənc mütəxəssis sabah «Sabah»la keçiriləcək Premyer Liqanınn 13-cü tur matçında texniki zonadakı yerini almayacaq.

Onu köməkçisi Elnur Çodarov əvəzləyəcək.

Buna kimi «Neftçi»dən Samir Abasov, «Qrabağ»dan Qurban Qurbanov, «Səbail»dən Aftandil Hacıyev və «Keşlə»dən Yunis Hüseynov koronavirusa mübtəla olub.

Onlardan Hüseynov hazırda xəstiəxanadadırsa, Hacıyev evdə müalicəsini davam etdirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti