“Sumqayıt” bu gedişlə “Qarabağ“a nə vaxt çatar?

22 Dekabr 2020 14:40 Sumqayıt 815
“Sumqayıt” bu gedişlə “Qarabağ“a nə vaxt çatar?

“Sumqayıt” Azərbaycan çempionatında 75-ci heç-heçəsini edib.

Sportinfo.az saytı xəbər verir ki, bu, Premyer Liqanın XII turunda baş verib.

“Gənclik şəhəri” təmsilçisi “Zirə” ilə səfər matçında sülhə imza atıb – 2:2. Sumqayıtlılar evdə 36, səfərdə 39 bərabərliyə nail olub. 75-ci heç-heçə 284-cü oyunda qeydə alınıb.

“Sumqayıt” heç-heçə sayında ölkə çempionatının 11-cisidir. Ən çox heç-heçə isə “Qarabağ”dadır – 189.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti