“Bizdən nə istəyirlər? Kimin kimlə prinsipi varsa…“

22 Dekabr 2020 11:20 Sumqayıt 1 618
“Bizdən nə istəyirlər? Kimin kimlə prinsipi varsa…“

“Onda dediyim sözlər başqa cür başa düşüldü. Hər kəs bilsin ki, çempionatdan heç vaxt qorxmamışıq, heç bir rəqibdən də çəkinmirik“.

Sportinfo.az xəbər verir ki, “Sumqayıt“ın baş məşqçisi Ayxan Abbasov belə deyib.

O, Premyer Liqanın XI turu çərçivəsində “Qəbələ” ilə evdə keçirilən matçdan (0:1) sonra səsləndirdiyi fikrində haqlı olduğunu vurğulayıb:

“Sadəcə, həmin gecə 4-5 oyunçumuzun xəstə olduğunu, vəziyyətin pisləşdiyini dedim ki, buna tədbir görmək lazımdır.

İndi də görünür ki, mən haqlıyam. Həmin həftədən sonra bütün komandalarda kütləvi yoluxma oldu.

Təəssüf ki, “Sumqayıt”ı sevməyən bəzi şəxslər bunu başqa cür yozdular. Mübarizədən qorxsaydım, çətinliklərə baxmayaraq, komandanın arxasında durmazdım.

Bizim öz məqsədimiz var, sona qədər də vuruşacağıq. Əvvəllər milliyə az oyunçu verdiyimiz üçün tənqid edilirdiksə, indi çox oyunçu verdiyimiz üçün günahlandırılırıq.

Bilmək istəyirəm ki, bizdən nə istəyirlər? Xahiş edirəm, kimin kimlə prinsipi varsa, futbolçuların haqqına girməyək.

Bu gün Aydın Bayramov kimi gənc qapıçının milliyə dəvət almasına sevinməliyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti