“Qismət olarsa, ikinci hücumçu da almaq istəyirik“

21 Dekabr 2020 13:20 Sumqayıt 830
“Qismət olarsa, ikinci hücumçu da almaq istəyirik“

“O, hələ hazır deyil, ağır zədədən qayıdıb“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Sumqayıt“ın baş məşqçisi Ayxan Abbasova aiddir.

Gənc çalışdırıcı 2 aydan sonra meydana çıxan hücumçu Əli Qurbaninin durumuna aydınlıq gətirib: “Özü də oynamaq istəyir. Bəlkə də bu gün onu oynatmaq riskli idi.

Mən də onu qazanmaq istəyirəm. Çünki bir hücumçumuz var. Oyuna pis qoşulmadı. Əslində oyunun sonu gözlədiyimin tərsi oldu.

Matçın sonlarında tempi itirəcəyimizi gözləyirdim. Amma futbolçularım ağıllı oynadılar. Son 10-15 dəqiqədə nəzarət bizdə oldu, komandaya çox güc düşmədi.

Əlinin formaya düşməsinə çalışırıq, Qismət olarsa, ikinci hücumçu da almaq istəyirik. Qışdan sonra millinin oyunları olacaq. Geniş heyət olmadan çətindir”.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM