Ramin Musayevin cavabı gəldi: “Bizə inanmadılar, gecə gəlib yoxladılar“

21 Dekabr 2020 00:42 Sumqayıt 1 094
Ramin Musayevin cavabı gəldi: “Bizə inanmadılar, gecə gəlib yoxladılar“

“Biziim barədə “çempionatda oynamaq“ istəmirlər kimi fikirlər səsləndirməsinlər“.

Sportinfo.az xəbər verir ki, “Sumqayıt“ın baş məşqçisi Ayxan Abbasov belə bir açıqlama ilə çıxış edib.

Koronavirusa kütləvi yoluxmadan əziyyət çəkdiklərini iddia edən “gənclik şəhəri” təmsilçisinin çalışdırıcısı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin komandası haqda mətbuatda səsləndirdiyi fikirlərdən narazılığını bildirib:

"Biz oynamaq istəyirik. Sadəcə, koronavirus ağır xəstəlikdir və 16 oyunçumuz iki həftə məşq etmədi. İki məşqdən sonra oynamağımız barədə qərar qəbul ediblərsə, buna hörmətlə yanaşırıq.

Amma təəssüf ki, “24 futbolçuları var, çıxıb oynamalıdırlar” deyənlər var. Bu, bir az ədalətli qərar olmadır. Bizim əsas komandamızda 24 oyunçu yoxdur.

Əgər gəncləri nəzərdə tuturlarsa, 1-ci turdakı “Sabah” – “Zirə” oyununu təxirə salmamalıydılar. Maşallah, hamısında da 30 futbolçu var idi.

“Qəbələ” ilə görüşü iki gün sonraya keçirməsəydilər, biz meydana rahat çıxacaqdıq, komanda sağlam idi. Sadəcə, obyektiv danışmaq lazımdır.

Bizə inanmadılar, gecə gəlib testlərimizi yoxladılar. Problem yoxdur, canları sağ olsun. Həmişə alnımız açıq sözümüzü demişik, deyəcəyik.

Heç nədən çəkinmirik. İş mənim üçün ikinci dərəcəlidir. Əsas düzgün olmaq və olanı deməkdir. Bu futbolçulara görə məsuliyyət daşıyıram.

Sabah onlara nəsə olsa, birinci mənə irad tutulacaq ki, xəstə halda niyə meydana buraxmısan? İnanıram ki, “Sumqayıt” yavaş-yavaş özünə gələcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti