Divizionda çalışan baş məşqçinin başına iş gəldi, komandası…

14 Dekabr 2020 15:00 Sumqayıt 1 028
Divizionda çalışan baş məşqçinin başına iş gəldi, komandası…

“Sumqayıt-2”nin baş məşqçisi Zaur Hidayətovun koronavirusa tutulması təsdiqlənib.

Sportinfo.az-ın məlumatına görə, əvəzedici komandanı çalışdıran gənc mütəxəssisin testi pozitiv çıxdığından, həkim nəzarəti altına adınıb.

O, bu üzdən I Divizionun 10-cu turu çərçivəsində keçirilən “Keşlə-2” ilə oyunda (2:0) texniki zonadakı yerini almayıb.

Maraqlıdır ki, sumqayıtlı gənclər baş məşqçisinin yoxluğunda uğurlu çıxış etməyə başlayıb. İlk 8 turda 6 məğlubiyyət alan və 2 dəfə heç-heçə edən kollektiv son 2 həftədə MOİK ilə “Keşlə-2“ni üstələməyi bacarıb.

“Kimyaçılar“ bu uğurlu sıçrayış səbəbindən turnir cədvəlinin son pilləsini tərk edib və 7-ci yerə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM