Azərbaycan Premyer Liqasında 12-ci turun oyun cədvəli müəyyənləşib.
Belə ki, bu turda keçiriləcək “Zirə” - "Sumqayıt" oyunu dekabrın 20-də Zirə İdman Kompleksinin stadionunda baş tutacaq və 16:00-da start götürəcək.
Sportinfo.az-ın məlumatına görə, ötən gün növbəti dəfə koronavirus testi verən "Sumqayıt" artıq nəticələrlə tanış olub. 12 gün əvvəl karantinə alınan oyunçulardan yalnız 6-nın testi neqativ çıxıb.
Daha 10 nəfərdə isə xəstəliyin simptomları qalıb. Odur ki, həmin futbolçular bir neçə gün sonra yenidən testə cəlb olunacaq.

