Dünən I Divizionda 9-cu turun oyunları keçirilib. "Sumqayıt"n əvəzediciləri səfərdə MOİK-lə qarşılaşıb.
Qonaqlar 5:1 hesablı qələbə qazanıb. Elçin Əsədov və Cavidan Abbaszadənin dubl etdiyi qarşılaşmada digər qolu İsmayıl Babayev rəqib qapısına ünvanlayıb.
"Sumqayıt-2" ordu təmsilçisi ilə görüşə baş məşqçisiz çıxıb. Zaur Hidayətov texniki zonada yer almadığından, onu köməkçisi Azər Mehdiyeıv əvəzləyib.
Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Sportinfr.az-a açıqlamasında çalışdırıcının özünü pis hiss etdiyini, bu səbəbdən Bayıldakı matça yollanmadığını bildirib.
Bizdə olan məlumata görə isə Hidayətovda korponavirusa yoluxma şübhəsi var, odur ki, özünü təcrid edib.

