"AFFA hansı qərarı versə, onunla da gedəcəyik" - "Sumqayıt"dan

8 Dekabr 2020 09:40 Sumqayıt 776
"AFFA hansı qərarı versə, onunla da gedəcəyik" - "Sumqayıt"dan

"Sumqayıt"ın və millinin yarımmüdafiəçisi Tellur Mütəllibov Sportinfo.az-a müsahibə verib.

- Tellur, "Sumqayıt"da koronavirus testi pozitiv çıxanlardansan. Hazırda vəziyyətin necədir?

- Hazırda konkret ciddi nəsə yoxdur. Burunda azacıq tutulma var.

- Milli komandada olanda özündə nəsə narahatçılıq hiss edirdin, yoxsa testin cavabının pozitiv çıxması gözlənilməz oldu?

- Yox nəsə hiss etməmişdim. Heç burda da dəhşətli nəsə hiss eləmirdim. Sadəcə yüngülvari kürəyimdə ağrılar, burunda tutulmalar vardı.

- Premyer Liqa klublarında yoluxanlar arasında millidən qayıdanlar çoxluq təşkil edir. Səncə, bu təsadüfdür?

- Vallah, bilmək olmur. Xəstəlikdir də bunu axır əvvəl hamı tutacaq. Millidən əvvəl də ölkəmizdə virusa yoluxan futbolçular vardı. Məncə, milli ilə əlaqəsi yoxdur.

- "Sumqayıt"ın son turlar özünə bənzəmir. Uğursuzluğu nə ilə əlaqələndirərdin?

- Koronavirusla bağlı bir neçə futbolçumuz olmadı. Zədəli olanlar vardı. Buna görə bir az çətinlik çəkdik.

- Koronavirusa görə çətinlik çəkdiyinizi dediniz. Bu şərtlər altında Premyer Liqanın davam etməsi nə dərəcədə doğrudur?

- AFFA hansı qərarı versə, onunla da gedəcəyik. Konkret deyə bilmərəm ki, olsun, ya olmasın. Bununla bağlı iclas olmalıdır. Yəqin ki, bir qərar verilər.

- Hazırda komandanız uğursuz oyunlar keçirir. Heyətdə zədəli və virusa yoluxan çox sayda futbolçularınız var. Belə məqamda fasilə verilməsini "Sumqayıt" üçün toparlanmaq şansı kimi dəyərləndirmək olar?

- Belə də deməzdim. Çünki hazırda evdəyik, məşq edə bilmirik. Belə olanda da formadan düşürük. Mənə görə, müsbətdən çox ziyanı çox olar.

Xanoğlan İmanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti