Azərbaycan klubunun məğlubiyyəti Avropanın mərkəzində belə qarşılandı - VİDEO

3 Avqust 2024 23:00 Sportinfo TV 2 880
Azərbaycan klubunun məğlubiyyəti Avropanın mərkəzində belə qarşılandı - VİDEO

"Qarabağ", "Sabah" və "Zirə"nin avrokuboklarda uğurlu çıxış etməsinin fonunda "Sumqayıt" kölgədə qaldı.

Ötən mövsümü 4-cü pillədə qapayan "kimyaçılar"ın önünü Macarıstan "Fehervar"ı kəsdi.

Sumqayıtdakı qarşılaşmada 0:1 geri düşən macarlar yekunda 2:1 hesablı qələbə ilə vətənlərinə qayıda bildi. Bunda Murad Xaçayevin 33-cü dəqiqədə aldığı qırmızı vərəqə müstəsna rol oynadı.

Doğma publika önündə isə qolsuz bərabərlik "Feharvar"ın dadına çatdı.

Mərkəzi avropalılar buna təxminən son 12-13 dəqiqəni 10 nəfərlə qalaraq nail oldu.

Qısası, cütün aşkar favoriti hesab edilən "Fehervar" böyük çətinlik bahasına turu adlaya bildi.

Lakin bu da yerli azarkeşlərin kefini qəti pozmadı.

Hakimin matçı başa çatdıran fiti verməsilə arenada əsl bayram-havası yaşandı.

Yaşlı, cavan, uşaq demədən komandanın azarkeşləri birnəfər kimi sevimli futbolçularını alqışlayıb, bəstələr oxudu.

XANOĞLAN / SPORTİNFO.AZ

Maraqlı görüntülərə aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR