“Niyə adını biabır edib, burada qalıb işləyirsən?” - VİDEO

31 Mart 2022 21:00 Sportinfo TV 2 519
“Niyə adını biabır edib, burada qalıb işləyirsən?” - VİDEO

“Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı millinin keçmiş yarımmüdafiəçisi Əfran İsmayılov olub.

Uzun illər “Qarabağ”ın uğurları üçün tər tökmüş, karyerası ərzində “Bakı”, “Xəzər Lənkəran”, “İnter” kimi iddialı klubların da formasını geyinmiş, hazırda isə “Səbail”in düşərgəsində yer almış futbolçu millinin Malta səfərindən danışıb.

Ölkəmizin bir nömrəli komandasının həm meydan sahiblərinə, həm də Latviyaya məğlub olmasını məyusluqla qeyd edən müsahib Canni De Byazinin ünvanına sərt ifadələr işlədib.

O, italiyalı baş məşqçinin heyət və taktiki seçimlərini yanlış adlandırıb.

Verilişə bu linkdən daxil olub baxa bilərsiz.

Çəkilişdə göstərdiyi dəstəyə görə “Sport Arena Bar”a dərin təşəkkürümüzü bildiririk.

Futbol matçlarını böyük ekran vasitəsilə Bakıdakı gözəl məkanlardan biri olan “Sport Arena Bar”da izləyə bilərsiniz.

Məkanın böyük zalında, eləcə də türk klublarının atributları ilə bəzədilmiş digər kiçik və böyüktutumlu bütün otaqlarda Türkiyə çempionatını, həmçinin digər futbol və idman yarışlarını izləmək üçün böyük ekranlar quraşdırılıb.

Burada müştərilərə münasib qiymətlərlə milli və Avropa mətbəxi, yerli və xarici istehsal olan pivə, spirtli və spirtsiz içkilər, eləcə də qalyan təklif olunur. Bir sözlə, istirahətinizi ləziz təamlardan dadaraq müasir, gözoxşayan və müsbət abu-havası ilə daha ləzzətli edən “Sport Arena Bar” xidmətinizdədir.

Ünvan: Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi 17 A (Bakı Oksford Liseyi ilə üzbəüz)

Əlaqə nömrəsi: 050 331 22 40

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?