“Neftçi”nin gündəmi: Vəziyyət niyə belədir? - VİDEO

17 Mart 2022 20:00 Sportinfo TV 823
“Neftçi”nin gündəmi: Vəziyyət niyə belədir? - VİDEO

“Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı “Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanov olub.

Verilişdə Azərbaycan futbolunun mövcud durumu müzakirə edilib. İlk olaraq I Dvizionda mübarizə aparan komandada son dövrlərdə yaşanan uğursuz nəticələrin səbəbindən söhbət açılıb.

Mahmud Qurbanov deyib ki, əvvəlki oyunlara baxdıqda komandanın hücum xətti xeyli zəifləyib. Bunun da səbəbi bir çox futbolçunun komandadan ayrılması oldu: “

Əsas hədəfim “Neftçi”nin inkişafına töhvə verməkdir. Nəticələr önəm kəsb etmir.

Əsas odur, komandamıza gələcək vəd edən futbolçular qazandırmaq istəyirik. Çalışacağıq ki, “Neftçi” adına layiq yerlərdən birini tutaq”.

Verilişə bu linkdən bu linkdən daxil olub baxa bilərsiz.

Çəkilişdə göstərdiyi dəstəyə görə “Sport Arena Bar”a dərin təşəkkürümüzü bildiririk.

Futbol matçlarını böyük ekran vasitəsilə Bakıdakı gözəl məkanlardan biri olan “Sport Arena Bar”da izləyə bilərsiniz.

Məkanın böyük zalında, eləcə də türk klublarının atributları ilə bəzədilmiş digər kiçik və böyüktutumlu bütün otaqlarda Türkiyə çempionatını, həmçinin digər futbol və idman yarışlarını izləmək üçün böyük ekranlar quraşdırılıb.

Burada müştərilərə münasib qiymətlərlə milli və Avropa mətbəxi, yerli və xarici istehsal olan pivə, spirtli və spirtsiz içkilər, eləcə də qalyan təklif olunur. Bir sözlə, istirahətinizi ləziz təamlardan dadaraq müasir, gözoxşayan və müsbət abu-havası ilə daha ləzzətli edən “Sport Arena Bar” xidmətinizdədir.

Ünvan: Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi 17 A (Bakı Oksford Liseyi ilə üzbəüz)

Əlaqə nömrəsi: 050 331 22 40

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”