“Qalatasaray”dan dəvət alan azərbaycanlı qapıçı kimdir? - VİDEO

15 Yanvar 2022 16:00 Sportinfo TV 2 859
“Qalatasaray”dan dəvət alan azərbaycanlı qapıçı kimdir? - VİDEO

Yaxınlarda karyerasını bitirmiş futbol üzrə milli komandamızın qapıçısı Kamran Ağayev Sportinfo TV-yə maraqlı müsahibə verib.

Saytımızın redaktoru İlkin Fikrətoğluya müsahibəsində Ağayev 16 yaşında "Qalatasaray"ın maraq dairəsinə düşdüyünü də bildirib.

2002-ci ilin payızında İslam Kərimovun baş məşqçi olduğu 17 yaşlılardan ibarət milli komandamız tarixində ilk dəfə Avropa çempionatının seçmə oyunlarında 2-ci mərhələyə vəsiqə qazanıb.

Qrupda Türkiyə millisinə qalib gələn komandamızın heyətində qapıçı Kamran Ağayevin çıxışı "Qalatasaray" seleksionerlərinin diqqətini çəkir. Amma valideynləri ailənin 16 yaşlı tək oğlunun Vətəndən uzağa getməsini istəməyib.

Kamranın açıqlamasına bu linkdən daxil olub baxa bilərsiz.

Digər Xəbərlər
Xəbər Lenti