"Biz Azərbaycanımız üçün əlimizdən gələn dəstəyi edirik və edəcəyik"

18 Noyabr 2020 02:10 Sizdən Bizə 631
"Biz Azərbaycanımız üçün əlimizdən gələn dəstəyi edirik və edəcəyik"

Sportinfo.az xəbər verir ki, Britaniya Azərbaycanlıları Assosiasiyası xalqımızı İkinci Qarabağ müharibəsində qazanılan qələbə münasibətilə təbrik edib.

Təbrik mesajında Azərbaycan Ordusunun göstərdiyi misilsiz şücaətlə yanaşı, nümayiş etdirdiyi müasir müharibə üsulu və bacarığı ilə bütün dünyanı heyrətə gətirdiyi qeyd olunub.

Həmçinin vurğulanıb ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan azərbaycanlılar bütün xalqımız kimi, öz şəhidlərinin ruhu qarşısında baş əyir, yaralı əsgərlərə tezliklə sağalmasını arzulayır.

Qeyd olunub ki, mənfur düşmən hələ də öz ambisiyalarından əl çəkməyib və bütün cəbhələrdə, xüsusən də beynəlxalq səviyyədə Azərbaycana qarşı mübarizəni daha böyük azğınlıqla aparacaq:

"Biz Azərbaycan xalqına, Azərbaycan Ordusuna, Azərbaycan hökümətinə demək istəyirik ki, Britaniyada yaşayan minlərlə azərbaycanlı daim sizinlədir və bu mübarizəni sizinlə çiyin-çiyinə aparacaq. Biz Azərbaycanımız üçün əlimizdən gələn dəstəyi edirik və edəcəyik.

Qələbəmiz Mübarək"!

Britaniya Azərbaycanlıları Assosiasiyasının prezidenti azərbaycanlı keçmiş kikboksçu Hafiz Baxşəliyevdir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!