
“Rumelidən Qafqaza qədər heç bir qardaşımızı boynubükük buraxmamışıq”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın öz tviter hesabında etdiyi paylaşımda deyilir.
Ərdoğan paylaşımında Türkiyənin Azərbaycanla olan qardaşlıq münasibətlərini xatırladıb: “Can Azərbaycanla birlikdə 30 illik işğaldan sonra Qarabağı azadlığına qovuşdurduq”.
Bundan əlavə, Ərdoğan 2021-ci ilin yayında Şuşaya səfərindən foto da paylaşıb.