Rednik maaşını açıqladı, Denizliyə söz atdı, Kamranla münaqişəsindən danışdı - MÜTLƏQ OXUYUN!

25 Yanvar 2022 20:40 Sizdən Bizə 2 366
Rednik maaşını açıqladı, Denizliyə söz atdı, Kamranla münaqişəsindən danışdı - MÜTLƏQ OXUYUN!

Azərbaycana gəlib-getmiş ən yaddaqalan məşqçilərin başında bəlkə də Mirça Rednik dayanır.

“Xəzər Lənkəran”ı çalışdırmağa başladığı gündən formalaşdırdığı güclü kollektivlə əzəli rəqib “Neftçi”yə boy verən rumıniyalı çalışdırıcı şəxsi keyfiyyətləri və maraqlı açıqlamaları ilə gündəm olmağı bacarmışdı.

Xüsusən Böyükağa Hacıyevlə “atışmaları” könülləri oxşayırdı.

Acun gürcüyə güvəndi – O da Londona uçdu

Yerli futbolçularla yaranmış qalmaqala görə Rednik çoxlarının gözləmədiyi anda “Xəzər Lənkəran”dan göndərildi və bundan sonra komandanın qara günlərdi başladı.

Bu il 60 yaşını tamamlayacaq mütəxəssislə söhbətimiz hələ Azərbaycanda çalışdığı dönəmdə kifayət qədər maraqlı alınırdı.

Ağlındakıları çəkinmədən dilinə gətirir, mən də şikarını gözləyən ovçu kimi dediklərini nöqtəbənöqtə oxuculara çatdırırdım. Hər açıqlaması manşet olurdu.

Üstündən 11 il keçməsinə baxmayaraq, Rednik qəti dəyişməyib. Həmin adamdır. Danışmağı sevən və bacaran.

İnanmırsınız? O zaman oxuyun.

Acun gürcüyə güvəndi – O da Londona uçdu

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/131843.html)

- Söhbət açılıb, lütfən, ətraflı danışın, bilək.

- Kamran o dönəmdə Azərbaycanda böyük ad sahibi idi. Səviyyəli qapıçı idi, millinin əvəzolunmaz futbolçusu sayılırdı və ən əsası, klubun prezidenti Mais Mənsimovla çox yaxşı münasibəti vardı. Avstriya toplanışında aramızda müəyyən mübahisə yarandı və bundan sonra komandanın yerli futbolçularında özümə qarşı soyuqlu hiss etməyə başladım.

- Nə üstündə düşdü mübahisə?

- Mübahisə də deməzdim. Sadəcə, nəsə Kamranın xoşuna gəlməmişdi və buna görə anlaşılmazlıq yaranmışdı. Futbolda olan şeylərdir. Futbolçularla məşqçilər arasında o qədər söz-söhbət olub ki... Mənə ən çox təsir edən rəhbərlikdən özümə qarşı gördüyüm münasibət oldu.

- Komandadan uzaqlaşdırılmağınız?

- Eynən. O cür komanda formalaşdırmışdıq, kubok qazanmışdıq, 2-ci pillədə gedirdik, gözləmədiyim anda Mais Mənsimov mənə qapını göstərdi. Halbuki, bu cür hallarda klubdakı əsas söz sahibləri məşqçinin yanında olur, ən pis halda vəziyyəti sabitləşdirməyə çalışır. Bu şey “Qarabağ”da olsaydı, orada futbolçunu göndərib, Qurban Qurbanovu saxlayardılar. Məni yola salıb Mustafa Denizlini gətirdilər. Məndən 10 qat artıq pul verdilər ona. Nəticə olaraq heç nə vermədi və getdi.

Acun gürcüyə güvəndi – O da Londona uçdu

- Nə deyib yola saldılar sizi?

- Dostum, bu mövzunu bağlayaq. Üstündən dediyin kimi, 10-11 il vaxt ötüb. Danışdıqca pis şeylər yadıma düşür, amma mən bunu istəmirəm. Çünki Lənkəran futbolundan danışırıqsa, mütləq şən əhval-ruhiyyədə olmalıyıq. Rednik oradadır, ya yox – fərq etməz. Vacib olan odur ki, bu gün Premyer Liqadakı komandaların adlarına nəzər salanda “Xəzər Lənkəran”ı görmürəm. Mənə ən pis təsir edən budur. Çünki mən də bu komandanın azarkeşlərindən biriyəm.

- Böyükağa Hacıyevi xatırlayırsınız?

- (düşünür)

- “Neftçi”nin sabiq baş məşqçisi, mətbuat vasitəsilə tez-tez “atışdığınız” həmkarınız.

- Hə-hə, yadımdadır. Maraqlı insan idi. İndi hansı komandadadır?

Acun gürcüyə güvəndi – O da Londona uçdu

- 2018-ci ilin martında dünyasını dəyişdi.

- Vay, nə danışırsan? Doğrudan? Nə baş verdi?

- Uzun sürən xəstəlikdən sonra vəfat etdi.

- Çox pis xəbər oldu. Yaxşı və maraqlı kişi idi. Allah rəhmət eləsin! Mənim adımdan ailəsinə “Keçmiş olsun” deyərsən, lütfən.

- Papağınız hanı?

- Hansı papaq?

- “Neftçi”ylə Respublika stadionundakı oyunda Anar Salmanovun qərarlarına etiraz olaraq yerə çırpdığınız papaq.

- (gülür) O da yadında qalıb? Papağın harada olduğunu sözün düzü bilmirəm. Amma həmin oyun çox maraqlı keçmişdi. Həm də yekunda biz qalib gəlmişdik. Düz demirəm?

Acun gürcüyə güvəndi – O da Londona uçdu

- Bəli. Ölkə kubokunun qarşılaşması idi. 4:3 hesabı ilə qalib gəlmişdiniz.

- Mamma mia. Dəhşətli dərəcədə möhtəşəm oyun olmuşdu. Demək ki, Azərbaycanda hələ də xatırlanır. Bilirsən niyə? Çünki o vaxt “Neftçi” qarşısıalınmaz idi, çox yaxşı heyətə malik idi. Bəzən hakimlər də kömək edirdi onlara. Amma biz onları məğlub edib, kuboku qazanmışdıq.

- Həqiqətən hakimlər “Neftçi”ni çempionluğa dartırdı?

- İnsanların niyyətini bilmək olmur. Sadəcə, bəzən elə səhvlərə yol verirdilər ki, başqa səbəb axtarmaq mümkün deyildi. Amma dərindən düşünəndə görürsən ki, derbilər hər zaman hakim səhvləri ilə yadda qalır. Burada da elədir, “Dinamo” ilə “Styaua” oynayanda hakimliklə bağlı mütləq nəsə baş verir. Çox güman, referilərin böyük əksəriyyəti psixoloji yükün altından çıxa bilmir. Ona görə də konkret nəsə demək çətindir. Hər kəs öz əməlinə görə vicdanı qarşısında cavab verməlidir.

- Sizi sevdirən cəhətiniz həm də bazada çalışan xidmətçilərə, mühafizəçilərə və digər işçilərə maddi yardım etməyiniz, it və pişikləri qidalandırmağınız idi.

- Bu, mənim filosofiyamdır. Daha doğrusu, etməyə borclu olduğum əməllərdir. Bu gün mən yaxşı pul qazanıramsa, komandam uğurlu çıxış edirsə, ailəmin üzü gülürsə, bu paydan mütləq imkansızlara da düşməlidir. Hamısını özüm yeməli deyiləm. Bilirdim ki, bazada işləyən insanların maddi durumu yaxşı deyil. Birinin evində xəstəsi var, o birinin əri yoxdur, bir başqası 5 uşaq böyüdür. Ona görə də qələbə qazananda daim onlara yardım etməyə çalışırdım. Bunu kiminsə yox, Allahın qarşısında edirdim. Mən kiməsə əl tutmasam, Allah da mənə verməz. Onların üzündəki sevinci görəndə sanki mənə dünyanı verirdilər.

Acun gürcüyə güvəndi – O da Londona uçdu

-“Xəzər Lənkəran”dakı maaşınızın məbləği çox böyük idi, yoxsa çox-çox böyük?

- Çox-çox böyük Mustafa Denizlidə idi, məndə normal idi (gülür).

- İllik 300 min dollar alırdınız səhv etmirəmsə.

- Təxminən elə. 250-300 min dollar arası. Məndən sonra Denizli gəlib, nəticə yox, ilinə 2 milyon qazandı (gülür).

- Azərbaycanda çalışmaq həvəsinizi gizlətmirsiniz. Amma indi həmin 250-300 minlər yoxdur.

- Dedim axı, Lənkəran futboluna və lənkəranlı azarkeşlərə görə 1 il pulsuz işləyəcəyəm. Öz işimi, əməyimi, zəhmətimi onlara üçün hədiyyə edəcəm. Başqa klublarla maaş söhbəti edərəm, amma Lənkəran klubu ilə yox.

Acun gürcüyə güvəndi – O da Londona uçdu

- Bu dərəcədə böyük sevgi?

- Mən dediyim sözün ağasıyam. Qulaq as, mənim böyük biznesim var. İndiyə qədər Rumıniyada və Belçikada kifayət qədər pul qazanıb, özüm və övladlarım üçün lazım olan şəraiti qurmuşam. Bu gün istədiyim tək şey sevildiyim yerdə sevdiyim işlə məşğul olmaqdır. Nəticə qazanmaq, 100 minlərlə azarkeşləri sevindirmək istəyirəm. Bilsəm ki, Lənkəranın komandasının Premyer Liqaya yüksəlmək şansı və imkanı var, günü sabah Azərbaycana uçub, işimə başlayaram.

- “Xan Lənkəran” rəhbərliyi böyük futbolu Lənkərana qaytarmaq üçün çalışır.

- Səni inandırım, ortaya maraqlı layihə qoyulsa və sırf futbolu düşünməklə ciddi addımlar atılsa, Lənkəran futbolu üçün sponsorlar tapılacaq. Buna 100 faiz əminəm. Çünki lənkəranlılar futbolu çox sevir. Əsas olan futbolun inkişafını düşünərək işə vicdanla yanaşmaqdır.

- Yekunda demək istədiyiniz nələrsə var?

- Mənə gözəl illər bəxş edən Azərbaycan və Lənkəran futboluna təşəkkür etmək istəyirəm. Mirçanı unutmayan, həmişə ona hörmətlə yanaşan, həmişə xoş xatirələrlə xatırlayan hər bir insana minnətdarlığımı bildirirəm. Bilirəm, onlar məni sevir, bilsinlər ki, mən də onları sevirəm. Allah xalqınızı qorusun! Sağlıq olsun, bir gün yenə Lənkəran komandasının baş məşqçisi kimi görüşərik. Yəqin ki, bu, yaxın gələcəkdə baş verəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda