“Xəzər Lənkəran”da pulsuz işləyərəm, 1 dollar da lazım deyil” – Redniklə ŞOK MÜSAHİBƏ

24 Yanvar 2022 19:40 Müsahibə 2 527
“Xəzər Lənkəran”da pulsuz işləyərəm, 1 dollar da lazım deyil” – Redniklə ŞOK MÜSAHİBƏ

Azərbaycana gəlib-getmiş ən yaddaqalan məşqçilərin başında bəlkə də Mirça Rednik dayanır.

“Xəzər Lənkəran”ı çalışdırmağa başladığı gündən formalaşdırdığı güclü kollektivlə əzəli rəqib “Neftçi”yə boy verən rumıniyalı çalışdırıcı şəxsi keyfiyyətləri və maraqlı açıqlamaları ilə gündəm olmağı bacarmışdı.

Xüsusən Böyükağa Hacıyevlə “atışmaları” könülləri oxşayırdı.

Yerli futbolçularla yaranmış qalmaqala görə Rednik çoxlarının gözləmədiyi anda “Xəzər Lənkəran”dan göndərildi və bundan sonra komandanın qara günlərdi başladı.

102"Onlar qalib gəlməyə borclu idi - Bəzən kömək etmirlər"

Bu il 60 yaşını tamamlayacaq mütəxəssislə söhbətimiz hələ Azərbaycanda çalışdığı dönəmdə kifayət qədər maraqlı alınırdı.

Ağlındakıları çəkinmədən dilinə gətirir, mən də şikarını gözləyən ovçu kimi dediklərini nöqtəbənöqtə oxuculara çatdırırdım. Hər açıqlaması manşet olurdu.

Üstündən 11 il keçməsinə baxmayaraq, Rednik qəti dəyişməyib. Həmin adamdır. Danışmağı sevən və bacaran.

İnanmırsınız? O zaman oxuyun.

"Onlar qalib gəlməyə borclu idi - Bəzən kömək etmirlər"

- Salam. Necəsiniz? 10-11 ildən sonra səsinizi eşitmək xoş oldu.

- Yaxşıyam, dostum. Rumıniyadayam, Buxarestdə. 11 il oldu? Vaxt nə tez ötüb-keçir?

- Buxarest “Dinamo”sundan ayrılmısınız deyəsən.

- Hə, yollarımız ayrıldı. Bir az problemlər oldu, anlaşa bilmədik. Hazırda işsizəm, təkliflərə baxıram.

- Belçikada yaşayırsınız xatırladığım qədərilə. Nə əcəb Buxarestdəsiniz?

- Elədir. Ailəm, övladlarım Belçikada yaşayır. Bildiyin kimi, ikili vətəndaşlığım var. Bəzi məsələlərə görə hələ ki, buradayam. 2-3 günə Belçikaya qayıdacağam. Sən de görüm, mənim komandama nə oldu? İzləyirəm, “Xəzər Lənkəran” aşağı liqada mübarizə aparır indi. O cür futbol şəhəri, möhtəşəm azarkeşlər, ab-hava. Bu komandanın aşağı liqada nə işi var axı?

"Onlar qalib gəlməyə borclu idi - Bəzən kömək etmirlər"

- “Xəzər Lənkəran” yoxdur ki. Klub fəaliyyətini 6 il əvvəl dayandırıb. Sizin dediyiniz Lənkəranı təmsil edən “Xan Lənkəran”dır.

- Eh, eh... O cür klub məhv olub getdi. Azərbaycanın ən böyük azarkeş kütləsinə malik komandaydı. Hamı həsəd aparırdı “Xəzər Lənkəran”a. Futbol da həyat kimidir, bu gün varsan, sabah yox.

- Tək azarkeşlər yox, biz jurnalistlər də darıxmışıq sizin üçün. Maraqlı açıqlamalarınız, texniki zonadakı hərəkətləriniz, futbola qatdığınız xüsusi dad maraqlı idi.

- Bəzən Lənkəranın “Puyol”u Adrian Skarlatake ilə danışırdım. Məndən sonra Skarla bir neçə il Azərbaycanda oynadı axı. Daim ondan soruşurdum, maraqlanırdım. O da deyirdi ki, azərbaycanlılar, lənkəranlılar sizin üçün darıxır. Kuboku qazandıq, gümüş medallara sahib olduq, ikinci mövsümdə yenə uğura doğru gedirdik. Yaxşı işlər görürdük, gözəl günlər idi.

-“Neftçi” ilə unudulmaz oyunlar, mübahisələr, davalar...

- (qəhqəhə ilə gülür) Hə, “Neftçi”, “Neftçi”.... Dəhşətli dərəcədə maraqlı alınırdı onlarla oyunlarımız. İndi baxıram “Qarabağ”a batan yoxdur.

"Onlar qalib gəlməyə borclu idi - Bəzən kömək etmirlər"

- Elədir, çox güclü komandadır.

- Elə də olmalıdır. Çünki klubda və komandada sabitlik var. Köklü dəyişikliklərə getmirlər, büdcəni sabit saxlayırlar və ən əsası, rəhbərliklə baş məşqçi bir-birini yaxşı başa düşür. Futbolda bu, çox vacib amildir. Yenə həmin məşqçidir “Qarabağ”da?

- Bəli, Qurban Qurbanov.

- Qurbanov, hə-hə, Qurbanov. Mən “Xəzər Lənkəran”a gələndə də “Qarabağ”da idi. Neçə ildir “Qarabağ”ı çalışdırır?

- 14-cü ildir.

- Bu gedişlə Aleks Ferqusonun “Mançester Yunayted”dəki rekordunu qıracaq (gülür). Sabitlik və rəhbərliklə anlaşma çox önəmlidir. Görünür, heç kim Qurbanovun işinə qarışmır. Baş məşqçi hər mənada fəlsəfəsini ortaya qoyur. Görürsən, “Qarabağ” adı artıq Avropada dillərdə gəzir. Nəticələri izləyirəm, hər il avrokubokların qrup mərhələsində oynayırlar, güclü rəqiblərlə qarşılaşırlar. Çempionlar Liqasının qrupunda oynamaq zarafat deyil.

"Onlar qalib gəlməyə borclu idi - Bəzən kömək etmirlər"

- Buradan gedəndən sonra Azərbaycan klublarından təklif almadınız?

- “Keşlə” ilə ciddi söhbətimiz olmuşdu. Lakin həmin vaxt Belçika klubu ilə müqaviləm var idi deyə, alınmamışdı. Mən “Xəzər Lənkəran”ı çalışdıranda maliyyə ilə bağlı problem yox idi. Bir neçə il əvvəl eşitdim ki, klubların büdcələri xeyli zəifləyib, aparıcı klubların bir neçəsi tarixin yaddaşına qovuşub. İndi vəziyyət düzəlib deyəsən. Məndən sonra yeni nə qədər stadion tikilib Azərbaycanda. De görüm, Bakı - Lənkəran avtobanını tikib qurtardılar?

- Çoxdan. 2 saatyarım, uzağı 3 saata Lənkərandasan.

- Eh, o vaxt yolun hazır olmasını həsrətlə gözləyirdim. Qismət olmadı görmək. Yazarsan ki, avtoban hazırdırsa, lənkəranlılar da məni istəyirsə, gəlirəm (gülür).

- Region Liqasında mübarizə aparan “Xan Lənkəran”dan az maaş müqabilində təklif gəlsə, dəyərləndirərsiniz?

- Birinci il pulsuz işləyərəm, 1 dollar da lazım deyil. Sonrakı vəziyyətə baxarıq. “Xəzər Lənkəran” və Lənkəran mənə çox şey verib. Gözəl həyat, xaricdə təcrübə, əla dostlar, motivasiya – hər şey verib mənə. Ona görə də çətin vəziyyətdə şəhərin və komandanın yanında olmaq borcumdur. Ara-sıra Tuyqun Nadirovla mesajlaşırıq, bayramlaşırıq (“Xəzər Lənkəran”ın sabiq vitse-prezidenti – H.).

"Onlar qalib gəlməyə borclu idi - Bəzən kömək etmirlər"

- Onların adını çəkməsək yaxşıdır.

- Mais Mənsimov Azərbaycandadır, yoxsa Mübariz bəyin yanında?

- Lütfən, başqa adlardan danışaq. O qədər maraqlı mözvular var toxunmağa.

- (gülür) Başa düşdüm səni. Suallarını ver, cavablandırım.

- “Xəzər Lənkəran”da işlər qaydasında gedirdi. Sevilirdiniz, yaxşı kollektiv qurmuşdunuz. Ayrılığınızın əsl səbəbi nə oldu?

- Yerli futbolçularla problem yarandı, söhbət uzandı və yekunda komandanı baş məşqçinin tərk etməli olduğunu məqsədəuyğun saydılar.

"Onlar qalib gəlməyə borclu idi - Bəzən kömək etmirlər"

- Hansı futbolçularla?

- Bəziləri var idi.

- Kamran Ağayev, Elnur Allahverdiyev...

- Elnur yox, Elnur yox. Kamran hə.

- Nə baş vermişdi? Mübahisə, qalmaqal haradan başlamışdı?

- Avstriyadakı toplanışdan...

- Söhbət açılıb, lütfən, ətraflı danışın, bilək.

- ... (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti