Danimarka və Çexiya yığmaları Bakıya nə vaxt gələcək?

29 İyun 2021 21:00 Sizdən Bizə 671
Danimarka və Çexiya yığmaları Bakıya nə vaxt gələcək?

Danimarka və Çexiya yığmalarının Avropa çempionatının 1/4 final mərhələsinin oyunu üçün Bakıya səfər proqramı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, hər iki komanda Azərbaycan paytaxtına iyulun 1-də gələcək.

Saat 20:00-da Çexiya, saat 21:30-da isə Danimarka millisi Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Danimarka "Hyatt", Çexiya isə "Hilton" otelində qalacaq.

Növbəti gün hər iki yığmanın Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub.

İyulun 3-də keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"