İngiltərə klubunun qapıçısı Azərbaycan dilində "Qapının Şahı!" paylaşımı etdi

26 Mart 2021 20:40 Sizdən Bizə 689
İngiltərə klubunun qapıçısı Azərbaycan dilində "Qapının Şahı!" paylaşımı etdi

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə matçda inamlı çıxışı ilə seçilən millimizin qolkiperi Şahruddin Məhəmmədəliyevə dəstəyini bildirib.

Sportinfo.az xəbər verir ki, hazırda "Bornmut"da çıxış edən bosniyalı qolkiper İnstaqram səhifəsində Azərbaycan dilində "Qapının Şahı!" yazılan şəkil paylaşıb.

Beqoviç ötən mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib.

Digər Xəbərlər
Xəbər Lenti