Bu klub Şamaxını seçdi

7 İyul 2020 19:45 Şamaxı 1 546
Bu klub Şamaxını seçdi

Sportinfo.az xəbər verir ki, yeni mövsümdən Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Keşlə" avrokuboklara Şamaxıda hazırlaşacaq.

Şamaxıdakı təlim-məşq toplanışının vaxtı dəqiq bilinmir.

Komanda üzvlərindən koronavirusla bağlı analiz götürüldükdən sonra məşqlərə start veriləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargah bu mövsüm Avropa kuboklarında yarışacaq Azərbaycanın 4 futbol komandasının - . “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” hazırlıq keçməsinə bu gün rəsmi icazə verib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM