"Zirə" və "Sumqayıt": 5000 manatı kim versə, onun da formasını geyinəcək

4 İyul 2020 16:14 Şamaxı 1 534
"Zirə" və "Sumqayıt": 5000 manatı kim versə, onun da formasını geyinəcək

«Keşlə» ilə yeni müqavilə şərtlərini razılaşdıra bilməyən Tural Bayramlı 2 təklif alıb.

Sportinfo.az-ın məlumatına görə, gənclər yığmasının sabiq üzvü «Zirə» və «Sumqayıt»ın hədəfindədir.

22 yaşlı yarımmüdafiəçinin «qartallar»la anlaşmaq şansı daha çoxdur. Baxmayaraq ki, o, «Sumqayıt»ın yetirməsidir, ancaq tələb etdiyi pulu verəcəkləri şübhə doğurur.

«Keşlə»dən daha 3000 manat yox, 5000 istədiyi üçün ayrılan Bayramlıya «Zirə»nin hələ ötən il də elçi düşməsini xatırladaq.

Digər Xəbərlər
Xəbər Lenti