Azərbaycan klubu daha bir legionerini komandada saxladı

25 İyun 2020 16:00 Şamaxı 928
Azərbaycan klubu daha bir legionerini komandada saxladı

"Keşlə"də çıxış edən daha bir oyunçunun taleyinə aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi yarımmüdafiəçi Con Kamara ilə yeni müqavilə imzalayıb.

Sierra-Leonedən olan 32 yaşlı yarımmüdafiəçi daha bir il "Keşlə"də çıxış edəcək.

"Keşlə" daha öncə Tural Axundov və Şəhriyar Əliyevi heyətinə qatıb. Vüsal İsgəndərli, Tərlan Quliyev, Azər Salahlı, Ruslan Əmircanov, Miyuşko Boyoviç və Rəşad Əzizlinin müqaviləsi yenilənib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM