«Keşlə» çətin situasiya ilə üzləşib.
Sportinfo.az-ın məlumatına görə, SOCAR Premyer Liqanın bürünc medalçısının gələnilki büdcəsini azaldıb.
Paytaxt klubuna ayrılan vəsaitin ümumi məbləği 4 milyon manatadək endirilib. Hələ ola bilər ki, bu məbləğ bir qədər də aşağı salınsın. Müqayisə üçün deyək ki, yeni büdcə ötən 2 ildəkindən iki milyon azdır.