«Keşlə»nin Müşahidə Şurasının sədri Zaur Axundov növbəti dəfə nəcib iş tutub.
Sportinfo.az-ın məlumatına görə, paytaxt klubunun rəhbəri bir qrup kimsəsiz və aztəminatlı ailəni sevindirib.
Bu kimi mövzulara daim həssas yanaşan Axundov maddi kömək üçün ona müraciət edən insanlara yardım əlini uzadıb. O. Müxtəlif xəstəliklərdən əziyyət çəkən bir neçə şəxsin əməliyyat xərclərini də öz üzərinə götürüb.

