"Bu gün futbolçulardan nə isə tələb etmək düzgün deyil" - Tərlan Əhmədov

10 İyun 2020 21:20 Şamaxı 726
"Bu gün futbolçulardan nə isə tələb etmək düzgün deyil" - Tərlan Əhmədov

"İşimizə başlamaq xoşdur. Amma bu gün futbolçulardan nə isə tələb etmək düzgün deyil. Cəmi 8 gündür məşqlərə start vermişik. Bu müddətdə çalışmışıq ki, futbolçuları topa uyğunlaşdıraq. Səhvlər var, bunun üzərində iş gedir".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "Neftçi" ilə yoxlama oyunundan (1:3) sonra keçirilən mətbuat konfransında məğlubiyyəti şərh edərkən deyib.

O, komandasının oyunundan razı qaldığını bildirib "Fasilədən sonra fərqli oynadıq, rəqibə təzyiq etdik. Bu qədər fasilədən sonra gözəl futboldan danışmaq tezdir. Futbolçuların psixoloji baryeri aşa bilmədiyi hiss olunurdu"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti