Bakı klubu ilə müqaviləni 1 illik uzadacaq

10 İyun 2020 10:24 Şamaxı 1 235
Bakı klubu ilə müqaviləni 1 illik uzadacaq

"Keşlə" Stanislav Namaşko ilə yeni müqavilə imzalayacaq.

Sportinfo.az xəbər verir ki, moldovalı qolkiperlə sözləşmənin müddəti daha 1 il uzadılacaq.

34 yaşlı Namaşko cari mövsümün əvvəlindən "Keşlə"də çıxış edir. O, 3 aydır ölkəsindədir və sərhədlərin bağlanması səbəbindən Azərbaycana qayıda bilmir.

Moldova yığmasının sabiq kiperi 2014-2016-cı illərdə AZAL-da forma geyinib. Tərlan Əhmədovu Namaşkonu keçmiş klubundan tanıdığı üçün "Keşlə"yə qaytarıb.

Aradan keçən 3 il ərzində o, eyni sayda klub dəyişib. Yunanıstanda «Levadiakos», Serbiyada «Daçiç» və Monteneqroda «Zeta»nın şərəfini qoruyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti