"Keşlə"nin futbolçuları ilə Əhmədov arasında NÖVBƏTİ QARŞIDURMA

9 İyun 2020 15:04 Şamaxı 964
"Keşlə"nin futbolçuları ilə Əhmədov arasında NÖVBƏTİ QARŞIDURMA

«Keşlə»nin futbolçuları Tərlan Əhmədova növbəti dəfə narazılığını bildirib.

Sportinfo.az-ın klubdan aldığı məlumata görə, oyunçular baş məşqçinin keçdiyi hazırlıq prosesindən şikayətlənib.

Onları dilə gətirməyə məcbur edən Əhmədovun ağır məşq proqramı verməsidir. Paytaxt təmsilçisinin üzvləri 82 gün davam edən məcburi istirahətdən sonra bu kimi çalışmaların yolverilməz olması fikrindədir. Çünki belə məşqlər zədələnmək ehtimalını artırır.

Çox qəribədir ki, Əhmədov futbolçuların narazılığını ciddiyə almır və qulaqardına vurur. «Mən belo istəyirəm» - baş məşqçi ondan şikayətçilərə bu cür reaksiya verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti