“Keşlə“ yarıyolda tək qalacağına inanmır

7 İyun 2020 21:40 Şamaxı 837
“Keşlə“ yarıyolda tək qalacağına inanmır

“Bizdə çox sayda futbolçunun müqavilə müddəti başa çatır“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Keşlə“nin mətbuat katibi Murad Axundova məxsusdur.

AFFA və Peşəkar Futbol Liqasının mövsümün bərpası ilə bağlı qərarı hər nə qədər sevindirici olsa da, bəzi klublərin işini çətinə salıb.

Müqavilə müddəti bu il mayın və iyunun sonunda başa çatan oyunçular var ki, onların qarşıdakı 8 çempionat və kubok oyunlarında meydana çıxmaqdan imtina etməsi başadüşüləndir. Mənəvi cəhətdən normal qəbul olunmasa belə, hüquqi cəhətdən haqlıdılar.

Məsələn, “Neftçi”dəki Vild-Donald Gerye nümunəsi. Anlaşma müddəti başa çatmışdı, sözləşməsinin maya qədər olduğunu əsas gətirib, getdi. Legionerlərlə bağlı eyni hal başqa klublarda da yaşanmaqdadır.

Azərbaycanı pul üçün seçənləri çempionatın başa çatması yox, qazandıqları para və canlarının sağlamlığı düşündürür. “Keşlə“nin sözçüsü bildirib ki, hazırda onların hər biri ilə danışıq aparılır: “Yaxın günlərdə anlaşması yenilənən futbolçuların adlarını açıqlayacağıq.

İyunun 1-dən etibarən Stanislav Namaşko xaric, bütün futbolçular məşqə çıxır, çempionat oyunlarına hazırlaşır. Belə deyək, kimlərinsə çempionat oyunlarına çıxmaqdan imtina etməsi real deyil. Çünki danışıqlar müsbət yöndə davam edir“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti