«Keşlə»də daha bir legionerlə bağlı problem yaranıb.
Sportinfo.az-ın məlumatına görə, Lorenso Frutos və Franko Floresdən sonra Aleksandr Kristovao paytaxt klubundan ayrılmaq istədiyini bildirib.
Bu ilin əvvəlində Azərbaycana gələn atan anqolalı hücumçunun 5 aylıq müqavilə müddəti bitmək üzrədir. «Keşlə» əksər əksər futbolçularından fərqli olaraq, afrikalı forvarda 1 illik yeni sözləşmə təklif etməyib.
Ondan 2 aylıq sənədə qol çəkməsi istənilib. Bu isə Azərbaycanda qol hesabını aça bilməyən Kristovaonun xoşuna gəlməyib və təkliflə razılaşmayıb..
26 yaşlı futbolçu karyerasına Hollandiyada - “Qroningen”də başlayıb. Anqola yığmasında 5 oyun keçirən və 1 qol vuran Kristovaonun son klubu Səudiyyə Ərəbistanda “Al-Mojzel” olub.

